I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti açıqlanıb
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti açıqlanıb

Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Bakıya gələcək heyətdə azərbaycanlı idman həvəskarlarına tanış olan simalar da var. Cari mövsümdə “Baku Fires” klubunun heyətində Dünya Boks Seriyası (WSB) liqasında bir döyüş keçirən Leonid Çernobayev ölkəsini 91 kiloqram çəki dərəcəsində təmsil edəcək. “Baku Fires”dən bizə tanış olan daha bir boksçu – Məhəmməd Nuruddinov da Bakıya gələcək. Vaxtilə komandamızın heyətində çıxış etmiş Avropa çempionatının gümüş mükafatçısı 69 kiloqram çəki dərəcəsində yarışacaq.

Belarus komandasının liderlərindən olan biri də qitə çempionu Vazgen Safaryants (60 kq) olacaq. İvan Fiqurenko (52 kq), Dmitri Asanov (56 kq), Yevgeni Dolqolivets (64 kq), Vitali Bondarenko (75 kq) və Sergey Novikov (81 kq) da Avropa Oyunlarında mübarizə aparacaqlar.

Qadınların turnirində Yana Burim (51 kq) və Viktoriya Kebikova (75 kq) çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm