Almaniyanın “Diplomatisches Magazin” jurnalı ilk Avropa Oyunlarından yazıb
Bizi izləyin

Bakı 2015

Almaniyanın “Diplomatisches Magazin” jurnalı ilk Avropa Oyunlarından yazıb

Almaniyanın nüfuzlu “Diplomatisches Magazin” jurnalında “2015-ci il Avropa Oyunlarına dair məlumat axşamı” adlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, cari il aprelin 29-da İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan təxminən 30 jurnalistlə görüş keçirilib.

Görüşdə səfir Pərviz Şahbazov Azərbaycanda idmanın inkişafından danışıb və iyunun 12-də Bakıda, 65 min nəfərlik tamaşaçı tutumu olan Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.

Səfirliyin müşaviri Rizvan Nəbiyev isə görüş iştirakçılarına Azərbaycanda gedən inkişaf prosesləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm