Gülnarə Xəlilova Avropa Oyunlarının rəsmi simvolları ilə panno yaradıb - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Gülnarə Xəlilova Avropa Oyunlarının rəsmi simvolları ilə panno yaradıb - FOTOLAR

Azərbaycanın tanınmış dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova I Avropa Oyunlarının rəsmi simvolları ilə əl işi olan panno yaradıb. Panno yarışların ən yaxşı idmançılarından birinə təntənəli şəkildə təqdim ediləcək.

Modelyerin Publika.az-a verdiyi məlumata görə, Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar Azərbaycan təbiəti və mədəni irsinin simvolları olmaqla Azərbaycanın şanlı tarixini və perspektivli gələcəyini əks etdirir:

“Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda dövlət tərəfindən qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Bu şəhərdə hər il ənənəvi Nar bayramı keçirilir. Nar həyat və enerjinin simvoludur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm