Nik Buller: "Bakıda ilk Avropa Oyunları üçün tikilən idman obyektləri möhtəşəmdir"
Bizi izləyin

Bakı 2015

Nik Buller: "Bakıda ilk Avropa Oyunları üçün tikilən idman obyektləri möhtəşəmdir"

Böyük Britaniyanın 17 yaşlı qızlardan ibarət su polosu komandasının baş məşqçisi Nik Buller Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə fikirlərini www.waterpoloworld.com saytı ilə bölüşüb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi birinci Avropa Oyunları üçün Bakıda inşa olunmuş idman obyektlərinin möhtəşəm olduğunu deyib. “Komandamızda böyük ruh yüksəkliyi var. Bakıda yeni inşa olunan idman obyektləri olduqca gözəldir və burada yarışmaq bizə əlavə üstünlük verir”, - deyə N.Buller bildirib.

Saytda, həmçinin birinci Avropa Oyunlarına hazırlıq işlərindən də bəhs edilir: “Azərbaycanda birinci Avropa Oyunları üçün 68 min tamaşaçı yerlik Olimpiya Stadionu tikilib. İdmançılar üçün Atletlər Kəndi inşa olunub. Su polosu yarışları 12-21 iyun tarixlərində altı idman obyektində keçiriləcək. Xüsusi “Bakı-2015” avtobusları idmançılara xidmət edəcək, onları Su İdmanı Sarayına aparacaq”.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm