Bakı 2015: Sinxron üzgüçülük - ilk günün nəticələri - VİDEO - FOTO
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Sinxron üzgüçülük - ilk günün nəticələri - VİDEO - FOTO

İlk Avropa Oyunlarının Sinxron üzgüçülük növündə komanda yarışları keçirilib. Bu dəfə sərbəst rejimdə təsnifat mərhələsində 14 komanda mübarizə aparıb. Duetlərin yarışında olduğu kimi komanda mübarizəsində də Rusiya, Ukrayna və İspaniya idmançıları müvafiq olaraq, ilk üçlükdə qərarlaşıb. Azərbaycan komanda yarışında iştirak etməyib.

1. Rusiya Federasiyası - 89.9333

2. Ukrayna - 87.3000

3. İspaniya - 86.1333

11:06

Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetiriblər. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.

Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, iyunun 15-də keçiriləcək duetlərin yarışında final mərhələsi saat 10:00-da başlayacaq.

10:50

Hazırda Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71.4333 xalla hələlik 17-ci yerdə qərarlaşıblar.

İlk üçlüyü müvafiq olaraq Rusiya, Ukrayna və İspaniya komandaları qərarlaşıb.

10:00

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, hələlik 9-cu yerdə qərarlaşıblar.

İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

09:51

Hazırda Azərbaycan idmançıları mübarizə aparır. Tatyana Nikitina, Yeketerina Valiulina mübarizəyə qoşulublar.

Azərbaycanın sinxron üzgüçüləri birinci Avropa Oyunlarında 19 rəqibə qarşı mübarizə aparır.

09:00

Bu gün səhər saat 9:00-dan etibarən Bakı-2015 I Avropa Oyunlarında ilk yarış başlayıb.

Publika.az-ın məlumatına görə, ilk olaraq Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülər mübarizəyə atılıb.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək. Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm