“Bakı 2015”-in reklamı Almaniyanın ictimai nəqliyyatında - FOTO
Bizi izləyin

Bakı 2015

“Bakı 2015”-in reklamı Almaniyanın ictimai nəqliyyatında - FOTO

Almaniyanın ictimai nəqliyyatında Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gündən etibarən Almaniyanın Drezden şəhərinin ictimai nəqliyyatında Bakı 2015 I Avropa Oyunlarının açılışı ilə əlaqədar olaraq beynəlxalq idman yarışına həsr olunmuş videoçarxın nümayişinə başlanılıb.

Drezden Alm.Az Cəmiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində videoçarx şəhərdaxili və şəhərətrafı istiqamətdə çalışan bütün növ sərnişin nəqliyyatında (ümumilikdə 117 nəqliyyat vasitəsində) quraşdırılmış monitorlarda göstərilir.

30 saniyəlik videoçarxda Azərbaycanın bayrağı, Bakının simvolu olan Qız qalası, həmçinin paytaxtın görməli yerlərinin fotoları və Avropa Oyunları haqqında qısa məlumat öz əksini tapıb.

Videoçarx 3 gün ərzində 15 dəqiqə fasilə ilə Drezden sakinlərinə və şəhərə gələn qonaqlara təqdim olunacaq. Bü müddət ərzində I Avropa Oyunlarına həsr olunmuş videoçarxın 550 min sərnişinin izləyəcəyi gözlənilir.

Bundan başqa, Drezden Alm.Az Cəmiyyəti şəhərin mərkəzində yerli ictimaiyyətin və digər xaqların təmsilçilərinin iştirakı ilə Bakı 2015 I Avropa Oyunlarına həsr olunan daha bir tədbir keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm