Avropa Oyunlarının bağlanış mərasiminə bilet qalmayıb - RƏSMİ
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının bağlanış mərasiminə bilet qalmayıb - RƏSMİ

Bakıda keçirilən I Avropa Oyunlarının bağlanış mərasimi üçün artıq bilet qalmayıb.

Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

S.Kleq deyib ki, dünən əlavə olaraq yarışlar üçün 13.5 min bilet satılıb: "Son 3 gündə 37.500-dən çox bilet satılıb. Bağlanış mərasiminə 48 min bilet satılıb, artıq bağlanış mərasimi üçün bilet qalmayıb. Yarışlar başa çatdıqca idmançılar və nümayəndə heyətləri öz ölkələrinə qayıtmaqdadır. Avropa Oyunları tamaşaçı baxımından yüksək nəticəyə malikdir. Bir çox sessiyalarda 100 faiz tamaşaçı müşahidə etmişik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm