Bakı 2015: Tayfur Əliyevdən möhtəşəm qələbə - FOTOLAR - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Tayfur Əliyevdən möhtəşəm qələbə - FOTOLAR - YENİLƏNİR

Kişilər boksçularımızdan Tayfur Əliyev (-56 kq) 1/8 finaldan mübarizəyə qoşulub. Onun rəqibi rumıniyalı Nikolae Andreiana olub. Boksçumuz 3-0 hesabı ilə qələbə qazanıb.

14:48

Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Təəssüf ki, görüş 0:3 hesabıyla polşalı boksçunun xeyrinə başa çatıb.

13:17

Bakı 2015 Avropa Oyunlarında boks yarışlarının 4-cü günündə 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, 5 boksçumuz bu gün rinqə çıxaraq, 1/4 finala vəsiqə qazanmağa çalışacaq.

İlk olaraq saat 13:30-da qadın boksçularımız arasında rinqə Anaxanım Ağayeva (-51 kq) çıxacaq. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşəcək.

Digər qadın təmsilçimiz Leyla Cavadova (-75 kq) 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq.

Kişilər boksçularımızdan Tayfur Əliyev (-56 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi rumıniyalı Nikolae Andreianadır. Döyüşə saat 15:00-da start veriləcək.

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (-81 kq) da mübarizəni 1/8 finaldan davam etdirəcək. Həmyerlimiz polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüş saat 21:15-də olacaq.

Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (-91 kq) da 1/8 finaldan mübarizəyə başlayacaq. Komandamızın kapitanı Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkəcək. Görüş saat 21:45-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm