Batut gimnastikasına yekun vuruldu – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Batut gimnastikasına yekun vuruldu – YENİLƏNİR

Batut gimnastikası yarışlarında qadınlar arasında keçirilən sinxron hərəkətlər üzrə yarışların medalları öz sahiblərini tapıb.

Publika.az xəbər verir ki, rusiyalı Anna Kornetskaya və Yana Pavlova cütlüyü hamıdan güclü olub. 46,400 xal toplayan şimal qonşumuzun təmsilçiləri I Avropa Oyunlarının qızıl medalına layiq görülüb.

İkinci yeri 44,600 xalla Fransa, üçncü yeri isə 44,500 xalla Portuqaliya idmançıları qazanıb.

Batut gimnastikası üzrə kişilər arasında sinxron hərəkətlər yarışlarının medalçıları məlum olub.
Gimnastikanın digər növündə də qızıl medalı əldən verməyən rusiyalı gimnastlar – Dmitri Uşakov və Mixail Melnik bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cütlük 51,100 xal toplamaqla I Avropa Oyunlarının baş mükafatını qazanıb.

Gümüş medal isə Belarus idmançılarına nəsib olub. Uladzislau Hançarou və Mikalai Kazakdan ibarət cütlük liderdən cüzi fərqlə geridə qalıb – 50,800 xal.

Martin Qromovski və Kirilo Sonndan ibarət alman cütlük isə 48,800 xal toplamaqla turnirin bürünc mükafatını qazanıb.

10:58

Batut gimnastikasında qaliblər məlum olub. Kişilər arasında keçirilən final mərhələsində Rusiya idmançısı Dmitri Uşakov 60,090 xal toplayaraq qızıl müdalı qazanıb. Belarus idmançısı Uladzislau Hançarou 59,380 xalla ikinci piləni tutub. Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medalı qazanıb.

Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

10:06

Bu gün Birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının son gününə start verilib.

Publika.az xəbər verir ki, aerobika və batut gimnastikası üzrə final yarışları başlayıb.

Ölkəmizi batut gimnastikasında kişilər arasında batut hərəkətlərində Qrişunin İlya, qadınlar arasında batut hərəkətlərində isə Svetlana Makştarova təmsil edir.

Bu gün həmçinin kişilər və qadınlar arasında sinxron hərəkətlər üzrə yarışların final mərhələsi baş tutacaq.

Bu idman növündə 4 dəst medal oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm