Çempion cütlük: “Təşkilati işlər yüksək səviyyədədir”
Bizi izləyin

Bakı 2015

Çempion cütlük: “Təşkilati işlər yüksək səviyyədədir”

Avropa Oyunlarında qızıl medal qazanan Rusiyalı gimnastlar Yana Pavlova və Anna Kornetskaya sevincini mətbuatla bölüşüb.

Publika.az xəbər verir ki, onlar jurnalistlər qarşısında belə açıqlama veriblər:

"Duet şəkilində məşqlərə yeni başlamışdıq. Düzdür, bizim üçün çətin olmuşdu. Amma üzərimizə düşən işin öhdəsindən yaxşı gəldik. Bununla da yarışların qızıl medalına layiq görüldük. Çox sevincliyik. Avropa Oyunları Olimpiya Oyunlarını xatırladır. Bu da adrenalinimizi artırır, insanı cəsarətləndirir. Avropa Oyunlarına çox ciddi köklənmişdik. Təşkilati işlər yüksək səviyyədədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm