Bakı-2015: I Avropa Oyunlarının XIII günü - PROQRAM
Bizi izləyin

Bakı 2015

Bakı-2015: I Avropa Oyunlarının XIII günü - PROQRAM

Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində 7 idman növü üzrə yarışlar keçiriləcək. Amma yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşəcək.

Publika,az xəbər verir ki, 10 dəst medaldan 8-i üzgüçülərin, 2-si qılıncoynadanların payına düşəcək.

Bu gün çimərlik futbolunda mübarizəyə start veriləcək. Boks, badminton, voleybol və basketbolun 3x3 növü üzrə yarışlarda növbəti qarşılaşmalar baş tutacaq. Voleybolçular yarımfinalçıları müəyyənləşdirəcəksə, boksda bəzi finalçıların adları bəlli olacaq. Badmintonçularla basketbolçular isə qrup mərhələsini davam etdirəcək.

24 iyun

09:00. Badminton
Qrup mərhələsi, III tur
Bakı İdman Zalı

09:00. Qılıncoynatma
Kişilər, şpaqa
Qadınlar, rapira
Bakı Kristal Zalı

09:30. Üzgüçülük
Bakı Su İdmanı Mərkəzi

12:30. Boks
1/4 final
Qadınlar, 60 kq
Kişilər, 75 kq, 91 kq
Yarımfinal
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 81 kq
Bakı Kristal Zalı

13:00. Voleybol
Kişilər, 1/4 final
Bakı Kristal Zalı

15:00. Voleybol
Kişilər, 1/4 final
Bakı Kristal Zalı

15:30. 3x3 Basketbol
Qrup mərhələsi
Basketbol Arenası

16:00. Çimərlik futbolu
Qrup mərhələsi, I tur
Çimərlik futbolu arenası

19:00. Voleybol
Kişilər, 1/4 final
Bakı Kristal Zalı

21:00. Voleybol
Kişilər, 1/4 final
Bakı Kristal Zalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm