3X3 Basketbol: Komandamız məğlub oldu- YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

3X3 Basketbol: Komandamız məğlub oldu- YENİLƏNİB

1/4 finalda İspaniya ilə qarşılaşan qızlardan ibarət basketbol komandamız 14-17 məğlub oldu. Bununla millimiz yarımfinala yüksəlmək imkanını əldən verdi.

20:57

Basketbolçularımız İsraillə qarşılaşmada qalib gələrək növbəti mərhələyə yüksəldi.

Azərbaycan – İsrail - 19:14

17:52

Bakı 2015 I Avropa Oyunlarında bu gün 3X3 basketbol yarışları üzrə 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan yığmaları növbəti mərhələyə vəsiqə uğrunda oyuna çıxacaqlar.

Qadınlardan ibarət komandamız Litva ilə qarşılaşacaq. Bu görüş 17:00-da start götürəcək.

Kişi basketbolçulardan ibarət yığmamız isə saat 20:00-da İsraillə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin qarşılaşmaları da bu gün keçiriləcək. Belə ki, mərhələ adlayan komandalar saat 20:30-dan etibarən yarımfinal uğrunda qarşılaşmalara çıxacaqlar.

25 iyun

3x3 basketbol

1/8 final

Kişilər

Sloveniya – İsveçrə - 16:14

Yunanıstan – Belçika - 21:12

Rusiya – Estoniya - 19:18

Çexiya – Rumıniya - 18:16

Serbiya – Türkiyə 21:13

Litva – Andorra 19:14

20:00. Azərbaycan – İsrail

20:00. İspaniya - İtaliya

Qadınlar

İsveçrə - İsrail - 14:7

Sloveniya – Belçika - 14:11

Ukrayna – Slovakiya - 16:8

Rumıniya – Yunanıstan - 6:15

İspaniya – Türkiyə 11:5

Azərbaycan – Litva 17:10

19:30. Rusiya – Hollandiya

19:30. Çexiya - İrlandiya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm