“Foxsports”: Azərbaycan yeni tarix yazdı
Bizi izləyin

Bakı 2015

“Foxsports”: Azərbaycan yeni tarix yazdı

Azərbaycan Paralimpiya Oyunlarının keçirilməsi təcrübəsində yeni tarix yazdı.

AZƏRTAC xəbər verir ki, bu barədə “foxsports.com” saytında yayılan məqalədə bildirilir. Məqalədə gözdən əlil idmançılar arasında cüdo yarışlarının Avropa Oyunları çərçivəsində gələcəkdə də keçirilməsinin önəmi qeyd edilir.

İdmançıların təəssüratlarını əhatə edən məqalədə rusiyalı atlet Natalia Ovçinnikovanın müsahibəsinə yer verilir. O deyir ki, medal qazana bilməsə də, Avropa Oyunlarında iştirak etmək onda özünə əminlik hissi yaradıb. O, birinci Avropa Oyunlarında iştirak etməkdən xoşbəxtlik hissi duyduğunu qeyd edir.

“Bakı-2015” çərçivəsində Paralimpiya Oyunlarının keçirilməsi rusiyalı veteran hakim İslam İbrahimov tərəfindən də yüksək dəyərləndirilir. O deyir ki, Azərbaycan bununla idman aləmində yeni eranın başlanğıcını qoyaraq dünyaya nümunə ola bilər.

“Gələcəkdə yarışların bu cür birlikdə keçirilməsi fiziki məhdudiyyətləri olan insanlara qarşı münasibətin daha da istiləşməsinə və onların özlərini cəmiyyətdən təcrid olunmamış hiss etmələrinə rəvac verər”, - deyə qocaman idmançı bildirir.

Məqalədə azərbaycanlı atlet İlham Zəkiyevin güclü idmançı olduğu vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm