Elvin Mürsəliyev: “Qızıl medal qazandığım üçün çox qürurluyam”
Bizi izləyin

Bakı 2015

Elvin Mürsəliyev: “Qızıl medal qazandığım üçün çox qürurluyam”

Avropa Oyunları zamanı 75 kq çəki dərəcəsində yunan-Roma güləşində qızıl medal qazanaraq tarixə düşən idmançılarımızdan biri də Elvin Mürsəliyev oldu.

O, finaldakı möhtəşəm qələbəsi ilə bütün azarkeşlərə sevinc bəxş etdi.

Güləşçimiz Publika.az-a açıqlamasında iyunun 28-də yekun vurulan 17 günlük idman bayramı haqda fikirlərini bölüşüb:

“Ölkəmiz I Avropa Oyunlarını keçirməklə adını dünya idmanı tarixinə qızıl hərflərlə həkk etdirdi. Bundan sonra da I Avropa Oyunlarının adı həmişə Azərbaycanla bağlı olacaq. Avropa Oyunları deyilən zaman ilk olaraq Azərbaycan yada düşəcək. Oyunlar sayəsində ölkəmizə gələn qonaqlar qonaqpərvərliyimizlə, ölkəmizin tarixi yerləriylə tanış oldular. Qeyd edim ki, mən də Avropa Oyunlarında çıxış etdiyim və qızıl medal qazandığım üçün çox qürurluyam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm