Yakudza polisin silahını əlindən aldı
Bizi izləyin

Bilgi.az

Yakudza polisin silahını əlindən aldı

Yakudza mafiyasının bir üzvü Yaponiya xəstəxanalarından birinin palatasında barrikada qurub.

Publika az. “İtar-Tass” agentliyinə istinadən xəbər verir ki, hadisə Xonsyu adasının ən böyük şəhəri olan Mimasaka şəhərində baş verib. Şəhər xəstəxanasına müalicə üçün gələn 52 yaşlı Susumu Yesioka raketçilik və digər qanunsuz əməllərə görə polis tərəfindən axtarılırmış.

Yakudza mafiyası ilə bağlılığı olan Yesioka xəstəxanada olarkən polislərlə üzləşib. Cəld tərpənərək onlardan birinin silahını alıb və palataların birində barrikada qurub.

Hazırda polis silahlı qanqsterin təslim olması üçün danışıqlar aparır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm