Şahzadə Harri ata olmaq istəyir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şahzadə Harri ata olmaq istəyir – FOTOLAR

Britaniyanın ən qibtə ediləcək şahzadəsi bir az dincəlmək qərarına gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cəmi bir neçə gündən sonra 30 yaşı tamam olan şahzadə Harri Britaniya silahlı qüvvələrində xidmətini rəsmən başa vurub. Kral ailəsinin nümayəndəsi hazırda Yeni Zellandiyada səfərdə olsa da, tezliklə doğma Londona qayıdacaq. Harri müsahibələrinin birində etiraf edib ki, dincəlmək, öz yarını tapmaq və övlad sahibi olmaq istəyir.

Görünür, böyük qardaşı Uilyam mayın 2-də ikinci dəfə ata olandan sonra Harri də həvəsə düşüb. O, "Uilyam mənə uşağın iki fotosunu göndərdi. Biri yeni doğulanda, digəri isə evdə Corcla birlikdə. Körpəni tezliklə görmək və qucağımda saxlamaq istəyirəm"- deyib.

Harri sadəcə qardaşı uşaqlarını deyil, həm də öz övladını bağrına basmağa hazırdır. O, "Mənə hərdən elə gəlir ki, ailə qurmaq və övlad sahibi olmaq vaxtı yetişib, hərdən də yox. Amma bütün bunlar həqiqətən öz zamanında baş verəcək. Əlbəttə, mən də istərdim ki, uşaqlarım olsun, amma bunun üçün bir yol qət etmək lazımdır" - deyib.

Hələlik Harri öz yarını və krallığa layiq olan bir qız tapa bilməyib. Görünür, yaxın vaxtlarda şahzadə şəxsi həyatında ciddi dəyişiklik edəcək. Lakin o, müsahibədə öz gələcək həyat yoldaşına xəbərdarlıq göndərmək fürsətini əldən verməyib. Belə ki, şahzadə Harri böyük qardaşı kimi adi maaş aldığını və sadə insanlar kimi işlədiyini söyləyib. Onun sözlərinə görə, bu həyat tərzi onlara reallıqla əlaqələrini itirməməkdə kömək edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm