492 dəfə həbs olunan adam - FOTOLAR
Bizi izləyin

Bilgi.az

492 dəfə həbs olunan adam - FOTOLAR

ABŞ-ın Neşvil şəhər sakini son 20 ildə demək olar 500 dəfə həbs olunub. Həbs olunma səbəbi isə ictimai yerdə əyyaşlıq etməsi olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişi mayın 19-də eyni ittihama görə 492-ci dəfə saxlanılıb. Belə ki, 46 yaşlı Robert Braun yolun kənarında pivə içdiyi üçün saxlanılıb. Onun yanında isə içi boş spirti içki butulkası tapılıb. Braun 1 sutka saxlandıqdan sonra məhkəmə onu buraxıb.

Polis bölməsində hamı Braunu tanıyır. Bölmədən verilən məlumata görə, Braun ilk dəfə 1994-cü ildə diqqəti cəlb edib. Prokuror deyib ki, polis Braunu gəlib aparana qədər demək olar ki, hər gün eyni yerdə oturaraq içki içir.

Şerif Daron Holl isə Braunun davranışını narkoman və psixi xəstəlikləri olan insanlarla müqayisə edib. Onun sözlərinə görə, belə insanlar həbsə düşür, sabahı gün məhkəmə keçirilir və məhkum 24 saatdan 48 saata kimi həbsdə qalır. Qısa vaxt çərçivəsində isə onlar dəyişmir.

Qeyd edək ki, 1 sutka həbs olunmuş insanlar hər dəfə dövlətə 100 dollar ziyan vurur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm