Qəbul imtahanlarının iki dəfə olması nəyi dəyişəcək?
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanlarının iki dəfə olması nəyi dəyişəcək?

İmtahana gəlməyənlər 26 faiz təşkil edirdi.

“Ötən il qəbul imtahanında sənəd verən abituriyentlərdən 8.4 faizi imtahanda iştirak etməmişdi”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, imtahanda iştirakla bağlı səbəblər müxtəlifdir: “Araşdırmalar göstərir ki, 11 illik bazadan 20 faiz, 9 illik bazadan isə 15 faiz imtahana gəlməmişdi. V qrup üzrə İkinci imtahana yazılın, amma gəlməyənlər 26 faiz təşkil edirdi. Yəqin ki, imtahanların iki dəfə təşkili bu halları aradan qaldıracaq. Valideynlər və abituriyentlər daha diqqətli yanaşacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm