Tarif Şurası yeni qiymətləri BU HƏFTƏ AÇIQLAYACAQ
Bizi izləyin

Elm və təhsil

Tarif Şurası yeni qiymətləri BU HƏFTƏ AÇIQLAYACAQ

Məlumatları Tarif Şurasına təqdim etmişik.

“Bu həftə ərzində Tarif Şurası tərəfindən digər abituriyentlərin imtahanda iştirakla bağlı qiymət müəyyən ediləcək”.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Tarif Şurasına qərar qəbul etmək üçün verilən vaxt bitməyib: “Biz lazım olan məlumatları Tarif Şurasına təqdim etmişik. Onlar da bunun əsasında bir qərar qəbul edəcəklər”.

M.Abbaszadə bildirib ki, ilk dəfə imtahanda pulsuz iştirak imkanı yalnız bakalavr və orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanı üçün nəzərdə tutulub: “Magistratura, rezidentura və dövlət qulluğuna qəbul imtahanın işə qəbulu pullu olacaq. Pulsuz imkan yalnız valideyn himayəsindən məhrum olan insanlara aiddir. Dövlət imtahanda ilk dəfə iştiraka görə pulsuz iştirak şansı verir. Abituriyentlər maksimum diqqətli yanaşmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm