Elm və təhsil
Bu ixtisaslarda keçid balı endirildi - SİYAHI
Bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməsinin 2.1.3. bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Aşağıdakı cədvəllərdə həmin ixtisaslar,onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.
Müsabiqə şərtləri:
Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
I ixtisas qrupu üzrə:
Torpaqşünaslıq və aqrokimya |
Lənkəran Dövlət Universiteti |
Meşəçilik |
Lənkəran Dövlət Universiteti Qərb Universiteti |
Aqronomluq |
Lənkəran Dövlət Universiteti |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi |
Naxçıvan Dövlət Universiteti |
Texnologiya müəllimliyi |
Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti |
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi |
Azərbaycan Texnologiya Universiteti |
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi |
Qərb Universiteti |
Çoxişlənən malların texnologiyası mühəndisliyi |
Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti |
İstehlak mallarının ekspertizası və marketinqi |
Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərb Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Poliqrafiya mühəndisliyi |
Qərb Universiteti |
II ixtisas qrupu üzrə:
Marketinq |
Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Kommersiya |
Azərbaycan Kooperasiya Universiteti |
Regionşünaslıq (regionlar üzrə) |
Qərb Universiteti Xəzər Universiteti Bakı Avrasiya Universiteti |
Turizm və otelçilik |
Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Kooperasiya Universiteti Qərb Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Naxçıvan Universiteti |
III ixtisas qrupu üzrə:
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması |
Naxçıvan Dövlət Universiteti Lənkəran Dövlət Universiteti |
Sosial iş |
Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası |
IV ixtisas qrupu üzrə:
Baytarlıq |
Lənkəran Dövlət Universiteti |
Ekologiya |
Lənkəran Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti |
Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtlərinə gəldikdə isə, I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır. II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO