Elm və təhsil
Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Onun sözlərinə görə, festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaradır:Rektor onu da qeyd edib ki, bu layihəyə türk dünyasinin müxtəlif yerlərindən bir çox dövlət orqanları, ali məktəblər və təşkilatlar dəstək verir. Bununla əlaqədar Bakı Dövlət Universiteti ilə Türk Dünyası Qəzetçilər Federasiyası arasında imzalanmış niyyət protokoluna da diqqət çəkən rektor festivalın işinə uğurlar arzu edib.
Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir çıxış edib. 2016-cı ildə 5 ölkədən, 7 filmlə gerçəkləşən Festivalın bu il keçirilən ikinci tədbirində artıq 7 ölkədən 18 film nümayişi olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi festivalda qalib gələn filmlərin layihənin ortaqları olan İstanbul, Marmara, Niğde, Ömer Halisdemir, Amasya universitetlərində, eləcə də Qırğızıstanda Manas, Qazaxıstanda əl-Fərabi, KKTC-də Doğu Akdeniz Universitetlərində nümayişlərinin keçirildiyini bildirib.
Sonra Türk Dünyası Sənədli Filmlər Festivalına dəstəyinə görə rektor Abel Məhərrəmova xüsusi plaket təqdim edilib. Eyni zamanda, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və dekan müavini Sevinc Əliyevaya təşəkkür elan edilib.
Sonda TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR