DİN-dən “qanuni oğruları” yox edən gizli əməliyyat: “Ağ ox” adlı MƏXFİ ÖLÜM QRUPUNUN SİRRİ
Bizi izləyin

Cinayət dünyası

DİN-dən “qanuni oğruları” yox edən gizli əməliyyat: “Ağ ox” adlı MƏXFİ ÖLÜM QRUPUNUN SİRRİ

Daxili İşlər Nazirliyinin avtoritetlərə qarşı dəhşətli əməliyyat

1990-cı illərdə Rusiyada kriminal avtoritetlər – “qanuni oğrular” müəmmalı şəkildə bir-bir öldürülürdü. Elə həmin vaxt əfsanə yayıldı ki, avtoritetlər dövlət tərəfindən aradan götürülür və bu işi “Ağ ox” adlanan məxfi qrup həyata keçirir.

Publika.az
xəbər verir ki, həmin dövrdə Rusiya hüquq-mühafizə orqanlarının cinayətkarlarla “öz dillərində” mübarizə aparmaq qərarına gəldiyi versiyası irəli sürülür.
Versiyaya görə, hüquq-mühafizə orqanları kriminal avtoritetlərlə qanuni mübarizənin effekt vermədiyini anlayırlar və gizli mübarizə üsulunu seçirlər. Bu mübarizə üçün “ölüm eskadronu” hazırlanır və bu məxfi qrupa “Ağ ox” adı verilir.
Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin “Ağ ox” qrupunun mövcudluğunu inkar etməsi ona marağı daha da artırır. Yəni, qrupun mövcudluğu inkar edilirsə, deməli var. Əslində “Ağ ox” qrupunun mövcudluğu haqda versiyalar təsadüfi yaranmamışdı. Hələ SSRİ-də Yuri Andropov Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olanda “B” və “S” adlı xüsusi bölmələr yaratmışdı. Bu bölmələrin əsas missiyası kriminal avtoritetləri aradan götürmək idi. “Ağ ox” da məhz həmin missiyanın davamı idi. Lakin Andropovun xüsusi qruplarının mövcudluğuna dair də heç bir rəsmi informasiya olmayıb.
Daha bir versiyaya görə, kriminal avtoritetlərin məhkəməsiz qətli ilə bağlı məxfi əməliyyatlar mövcud olsa da, “Ağ ox” adı fantaziyanın meyvəsidir. Bu adın yayılması daha çox cinayətkarları qorxutmağa hesablanıb.
Ümumiyyətlə, “Ağ ox” məxfi qrup haqda şayiələrin yayılmasının əsas səbəbi 90-cı illərdə “qanuni oğru”ların müəmmalı ölümləri idi. Cinayətkar dünyanın liderləri öz evlərində, klublarda, maşınlarında, yoldan keçənlərin gözləri önündə, bir sözlə, hər yerdə “ovlanırdı”. Bəziləri hesab edirdi ki, liderlərin ölümü kriminal hesablaşmaların nəticəsidir. Lakin çoxları bu qətllərin xüsusi qrup tərəfindən həyata keçirildiyinə inanırdılar. Beləliklə, “Ağ ox” haqda əfsanələr yaranmağa başladı.
Bu əfsanələrə səbəb olan digər bir detal isə qatillərin peşəkarlığı idi. SSRİ dağılandan sonra kriminal liderlərin fəaliyyəti üçün münbit şərait yarandı. Bununla həm də kriminal müharibələrin genişlənməsi başlandı. Liderlər qətlə yetirilsə də, hüquq-mühafizə orqanları cinayətin üstünü aça bilmirdilər. Və həmin vaxt müəyyən edildi ki, qətllər eyni üsulla – sağ və sol əllə eyni anda açılan atəşlə həyata keçirilir. Bu atış texnikasını isə yalnız xüsusi təyinatlı qruplarda öyrədirlər.
Məşhur avtoritet Otari Kvantrşvilinin qətli isə şübhələri daha da artırdı. Otari idmançıların sosial müdafiəsi üzrə xeyriyyə fondunun sədri idi və himayəsində yüzlərlə idmançı var idi. O, televiziyadan birbaşa milis əməkdaşlarını hədələyirdi. Onu “qanuni yolla” təmizləmək mümkün deyildi. Daha sonra Otari “Assosiasiya 21 əsr” firmasını yaradır. Bu firma neft, əlvan metallar, tikinti materialları satırdı. Hesab olunurdu ki, avtoritet bu firma vasitəsilə “pul yuyur”. 1994-cü ilin aprelində Otari snayperdən açılan atəşlə öldürüldü. Həmin il sibirli avtoritet Sergey Lipçanskiy yoxa çıxır, hansı ki, o, 1994-cü ilin mayında Butırkedə “sxodka” təşkil etmişdi. 1998-ci ildə “qanuni oğrular” Oleq Nelyubin və Pavel Zelyanin öldürüldü. 5 il ərzində kriminal dünyanın ən nüfuzlu nümayəndələri – “Paz”, “Qlobus”, “Zver”, “Qoqa İrəvanski”, “Mikiladze”, “Toyr”, “Sibirski” müəmmalı şəkildə qətlə yetirildi. Bütün bunlar məxfi qrupun mövcudluğu haqda şayiələrin artmasına səbəb oldu. Lakin indiyə qədər “Ağ ox” məxfi qrupunun mövcudluğu rəsmi şəkildə təsdiqlənməyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm