Daşınmaz əmlak
Dəmiryol vağzalı köçürülür
Bakının mərkəzində yerləşən Dəmiryol vağzalı Kürdəxanıya köçürülür.
Axar.az-ın əldə etdiyi məlumata görə, bu meqa-layihənin noyabrda icrasına başlanması nəzərdə tutulub.
Hətta Məhəmmədi kəndindən Kürdəxanıya ayrıca dəmiryol xəttinin açılması da planlaşdırılıb. Bu layihə şəhərin mərkəzində nəqliyyat sıxlığını aradan qaldırmağa hesablanıb.
Xəbərə görə, Kürdəxanıda Dəmiryol vağzalı tikiləcək və buna görə ərazidə xeyli sayda yaşayış evi plana düşüb. Mənzil sahiblərinə kvadratı 1000 manatdan kompensasiya veriləcəyi söylənilir.
Həyətyanı sahəyə görə də 300 manat təzminat ödəniləcək. Bu dövlət layihəsinə görə plana düşən obyektlər arasında “Akkord” şirkətinin Kürdəxanıdakı Boya zavodu da var.
Məsələ ilə bağlı Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov Axar.az-a açıqlamasında bu barədə məlumatsız olduğunu bildirdi:
“Belə bir məlumatım yoxdur”.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ