Dəb
Oktyabr ayı üçün 10 fərqli romantik dəst – FOTOLAR
Payız-qış mövsümünün məhsulları vitrinləri bəzədiyi bir vaxtda təklif olunan yüzlərlə geyim arasından ən çox bəyəndiyini seçib maraqlı ansambl yaratmaq yorucu işdir.
Publika.az-ın dəb bölməsi xanımların bu işini asanlaşdırmaq qərarına gəlib və payız üçün 10 dəst hazırlayıb.
Bol kəsimli jaket: “Stella McCartney”
Dəyişkən payız havası üçün ən yaxşı üst geyimi jaketdir. Lakin bu payız ənənəvi jaketlər deyil, daha fərqli və bol kəsimli jaketlər dəbdədir.
Cins jilet: “Madewell”
Payızda qat-qat geyinməyin kefini çıxarın. Jilet xüsusilə işgüzar xanımlar üçün əlverişlidir. Ağ köynəyin üstündən geyindikdə isə çox effektli görünür.
Etnik naxışlar: “Temperley London”
Etnik naxışlar payız-qış aylarının əsas trendidir. Odur ki, romantik payız günlərində nostalji naxışlarla qəşəng bir tərz yarada bilərsiniz.
Ponço: “3.1 Philip Lim”
Yağışlar başlamadan ponçoları doyunca geyinin. Üstəlik, indi bütün mağazalarda istədiyiniz formada ponçolar tapa bilərsiniz.
Plaş: “Kayra”
Payızı plaşsız təsəvvür etmək mümkün deyil. Klassik plaşı istənilən tonlarla dəstləşdirə bilərsiniz. Məsələn, tünd qırmızı rəngdə şərflə qəhvəyi və bej rəngli plaş əla görünür.
Printli don: “Aker”
Bu mövsüm dizaynerlər xanımları 70-ci illərə səyahətə dəvət edir. Həmin illərin ruhunda hazırlanan donlarla bütün diqqəti öz üzərinizə çəkə bilərsiniz.
Sukeçirməz plaşlar: “Kayra”
Payız yağışları başlamadan sukeçirməz plaşlar almaqda fayda var.
Bozun ən soyuq çaları: “Chicwish”
“Bozun 50 çaları” filmi ekranlara çıxan gündən boz birdən-birə məşhurlaşdı. Həmin rəng öz aktuallığını bu mövsüm də qoruyacaq. Darıxdırıcı bozu zənginləşdirmək üçün ona qırmızı rəng əlavə edin.
Özəl günlərdə ətək geyinin: Ətək – “Roksanda”, pencək - “Burberry”
Bu mövsüm ətəklərin kəsimləri geniş fasonda təqdim olunub. Bu cür ətəkləri əyinə kip oturan pencəklə birləşdirin.
Ponço: 3.1 Philip Lim
Ponçolar bu payız müxtəlif rənglərdə və çeşidlərdə təqdim olunub. Modapərəst xanımlar saçaqlı və assimetrik kəsimli ponçolarla hippi tərzini payız aylarında da davam etdirə bilərlər.
Aytən
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO