Payız trendlərinin SİYAHISI ilə tanış olun - FOTO
Bizi izləyin

Dəb

Payız trendlərinin SİYAHISI ilə tanış olun - FOTO

Yeni mövsümdə aktual və parlaq obrazlar yaratmaq üçün modapərəstlərə bir neçə aksessuarlar lazım olacaq. Aksessuarların rolunu qiymətləndirmək mümkün deyil. Detallar üslubu formalaşdırır, onlar sizin xarakterinizi özündə əks etdirir, bütünlüklə obraza gözəl əhval-ruhiyyə verirlər. Aksessuarlarla oynamaq bacarığı istənilən modapərəstlərin bilməli olduğu mühüm qaydadır.

Yeni mövsümdə dizaynerlər payız üçün dəri çəkmələr, rəngbərəng çantalar, parlayan klassik beretkalar (qlitter) təklif edir. Onlar arasında iri sırğalar da yer alır. Özü də onların tamamilə müxtəlif variantları birləşdirmək caizdir.

Publika.az bu yazıda oxucuları payızın bir neçə trendi ilə tanış edib.

Dəri beretka

Christian Dior осень-зима 2017

Bütün mövsüm ərzində özünüzü əsl fransız modapərəstə çevirə bilərsiniz. Klassik dəri beretka bu işdə sizə kömək edəcək. Onun üçün müvəqqəti olaraq adi toxunma papaqları və fetr şlyapaları unutmağa dəyər.

Rəngli çantalar

Image result for bags trend 2017

Payız tərzinə bir qədər parlaq rəngdə qeyri-adi çantalar əlavə edin ki, kədərli havalarda darıxmayasınız. Ümumiyyətlə, klassik çantalar bu il əvvəlki aktuallağını itirib.

Damalı pencək

Damalı pencək, ətək və şalvarlar bütün mövsüm ərzində gözlərimizi “mozol” edəcək. Modapərəstlər bu trendin əleyhinə deyil. Birincisi, bu geyim özü-özlüyündə gözəldir, ikincisi universaldır, üçüncüsü isə o, payızın alış-veriş siyahısında olmağa həqiqətən də layiqdir.

Klassik ağ konverselər

Image result for white converse

Payızın yağmurlu günləri gələnə qədər ağ kedlər gəzinti və iş üçün əlverişli seçim ola bilər.

Zərif plaş

Related image

Əgər siz qəhvəyi plaşlardan yorulmusunuzsa, onda bu rəngli variantlarını almağı məsləhət görürük. Belə zərif-çəhrayı plaşı çiyinləriniz də qürurla daşıyacaq və sizə özünüzü əsl ledi kimi hiss etdirəcək.

Həcmli sırğalar

Асимметричные комбинированные серьги | MANGO МАНГО

Bəzək əşyaları seçərkən artıq təvazökarlıq göstərmək lazım deyil. Bu mövsümdə metal və daş-qaşlı iri sırğalar xüsusi yer tutur. Onları hətta futbolka və cins kimi gündəlik tərzlə də uzlaşdırmaq mümkündür.

Rəngbərəng printli yubkalar

Image result for printed skirt street style

Karandaş yubkaların yerini parlaq təsvirlərlə bəzədilmiş klyoş versiyaları zəbt etmək niyyətindədir. Belə yubkalar ənənəvi cemper və ya ciddi palto ilə payız obrazını canlandıracaq.

Həcmli sviterlər

Həcmli sviterlər heyrətamiz dərəcədə bədəni isitmək qabiliyyətinə malikdir və istənilən geyimlə əla görünür. Onları don, yubka, dar və ya enli cinslərlə ilə birləşdirin.

Qalın daban

Related image

Bu payız daha qətiyyət və inamla gəzəcəksiniz. Səbəbi? Qalın və bir qədər də kobud dabanlı minimalist çəkmələr ayaqları çox yormadığı üçün onlarda gəzmək rahat olacaq.

Xaki rəngli bomber kurtka

Image result for haki bomber

Bomber gödəkçələr bir neçə il əvvəl dəbə mindi, bununla belə onlar əvvəlki hakimiyyətini indiyədək qoruyub saxlamağa müvəffəq olub. Əgər siz sərin hava şəraiti üçün hələ də bomber kurtka almamısınızsa, onda yeni mövsüm sizə daha bir şans verir.

Uzunboğaz dəri çəkmə

Image result for botford 2017

Çox əcaib obrazlar sözsüz ki, uzunboğaz dəri çəkmələr (botford) olmadan bu mövsüm effektsiz təsir bağışlayacaq. Bu çəkmlərdə siz soyuq hava şəraitində dəqiq tab gətirəcəksiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm