Məşhur gimnast Alina Kabayevanın İŞGÜZAR STİLLƏRİ - FOTO
Bizi izləyin

Dəb

Məşhur gimnast Alina Kabayevanın İŞGÜZAR STİLLƏRİ - FOTO

Rusiyanın məşhur gimnastı Alina Kabayeva geyimi ilə diqqət çəkib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Milanda İdman Kinosu və Televiziya Federasiyasının nüfuzlu mükafatlarının təqdimatı münasbətilə beynəlxalq konfrans keçirilib. İdman Kinosu və Televiziya Federasiyasının Beynəlxalq Mükafatlarının təqdimetmə mərasimində 34 yaşlı eks-gimnast Alina Kabayeva da iştirak edib.

Əsasən ağ və qara rənglərə üstünlük verən Alina Kabayeva mərasimdə dəri geyimi ilə diqqət mərkəzində olub. Qara dəri yubka və köynək eks-idmançının seksuallığını vurğulayıb. Modapərəst oxucular üçün eks-gimnastın bir neçə işgüzar obrazlarını seçmişik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm