Yaşıl gözlü dəb ikonasının dəbdəbəli ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

Yaşıl gözlü dəb ikonasının dəbdəbəli ziyafət libasları - FOTOLAR

“Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm. Lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm. Mən adımı hər şeyin üstünə yazmağı sevirəm”.

Kristen Stüart uşaqlıqdan filmlərdə çəkilsə də, daha çox “Alatoranlıq” filmində oynadığı Bella rolu ilə məşhurlaşıb. Aktrisa bu filmin digər baş qəhrəmanı Robert Pattinsonla sevgili idilər. Yaraşıqlı aktyor Robert Pattinsonun cazibədar aktrisaya evlilik təklifi etməyə hazırlaşdığı vaxtda Stüart ona xəyanət edir. Bu hadisə onların münasibətlərinə son qoyur.

Biz isə bu gün onun rolları və sevgi romanları haqqında deyil, dəbdəbəli obrazları haqqında danışacağıq.

Belə ki, 9 aprel Kristen Stüartın özəl günüdür. Bu gün cazibədar aktrisanın 25 yaşı tamam olur.

Bir çoxları onu cazibədar hesab edir, bəziləri isə düşünür ki, o, çox darıxdırıcı və maraqsız qadındır. Lakin bu aktrisanın rolları və istedadı haqqında belə fikir söyləməyə haqqımız yoxdur.

Çünki o, öz nəslinin ən populyar aktrisalarından biri olaraq qalır. Yeniyetməlik illərində geyimlərinə fikir vermirdi. O dövrdə xüsusi stili olduğunu deyə bilmərik. Krsiten Stüart “Alatoranlıq” filmi ilə məşhurlaşandan sonra dəb və gözəllik sənayesinin də ulduzuna çevrilir. Vampir rolundan sonra bir çox dizaynerin ilham pərisi olmağı və dəb jurnallarını işğal etməyi bacarır. “Chanel” və digər iri moda evlərinin reklam kampaniyalarında iştirak etməsi də təsadüfi deyil.

Gündəlik həyatda Kristen avara oğlanlar kimi dağınıq geyinir. Qırmızı xalıda isə qüsursuz stili sayəsində dəb ikonasına çevrilir. Onun ideal bədən quruluşu və ilahi gözəlliyi istənilən modelləri sınaqdan keçirməyə icazə verir. Üstəlik, nöqsanlarını və çatışmayan xüsusiyyətlərini gizlədib gözəlliyini üzə çıxara bilir. Gözəl siması və cəsarəti modapərəst obrazının formalaşmasında da mühüm rol oynayırlar.

Bu xanım təvazökarlıq etməyi xoşlamır. Qırmızı xalı mərasimləri üçün adətən, qeyri-adi geyimlərə, orijinal biçimlərə və qəribə ziyafət libaslarına üstünlük verir.

Yaşıl gözlər

40-dan çox filmə çəkilən aktrisanın boyu 1.65 sm, çəkisi 62 kq.-dır. Yaşıl gözləri aktrisaya xüsusi gözəllik verir.

Ağ magiya

Kristenin hər bir qadının arzuladığı ağappaq dərisi var. Lakin bu cür dəridə istənilən qüsurlar nəzərə çarpır, ona görə də aktrisa dərisinə yaxşı qulluq edir. Aktrisa müsahibələrinin birində dərisinə qulluq üçün istifadə etdiyi məhsulların adlarını açıqlayıb: "Mən hər gün “Proactiv” baxım məhsulundan istifadə edirəm. Bu məhsul iltihabla mübarizə aparır və yağlı dərini parıltısını azaldır”.

Aktrisa gül təravətli ətirləri sevir. Kristenin “Balenciaga” ilə əməkdaşlıq etməsi və bu brendin buraxdığı ətrin yeni siması olması təəccüblü deyil.

İdman etmir

Kristen nə idman etməyi, nə də yoqa ilə məşğul olmağı sevir. Yoqa dərslərində darıxdığından yuxuya gedir. Əvəzində isə yaxşı skeytbord sürür. Bu, onu formada saxlayan yaxşı üsuldur. Boş vaxtlarında sörfinqlə məşğul olmağı xoşlayır.

Yaşıl tərəvəz

Kristen düzgün qidalanmağa və təzə meyvə şirələri içməyə çalışır. Menyusunda ən çox yaşıl qidalar yer alır.

Makiyaj və saç

Makiyajını çox zaman özü edir. Aktrisa qırmızı xalıda ağ-qara göz kölgələrindən istifadə edir. Dumanlı göz makiyajı onun yaşıl gözlərini çox gözəl vurğulayır. Saçlarını hər gün yumağı sevmir, quru şampundan istifadə edir.

Maraqlı məlumatlar

Gitarada ifa etməyi bacarır.

“MTV Awards 2009” mükafatının əlindən salaraq bir hissəsini sındırmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm