Rusiyalı dizaynerin rezonans doğuran kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Rusiyalı dizaynerin rezonans doğuran kolleksiyası - FOTOLAR

Mayın 2-də "Bakı dəb həftəsi" çərçivəsində məşhur rusiyalı dizayner Kseniya Qrişenko “Kajf & Kajf” brendinin 2015 payız və qış kolleksiyasını təqdim edib.

Publika.az xəbər verir ki, rusiyalı dizaynerin markası təbii dəri əşyaları və aksessuarları, zamşa geyimlər üzrə ixtisaslaşıb.

Yeni mövsümdə dizayner təbii dəri ilə zamşa materialların vəhdətindən hazırlanmış orijinal fasonlar təklif edir. Kolleksiyaya rəngli dəri materialdan tikilən kombinezonlar, yubkalar, şortlar, şalvarlar daxildir. Bundan başqa zamşa getr-botfortlar, dəri qolbaqlar, rükzaklar və çantalar, kəmər, boyunbağı və metal zəncirlər də göz oxşayırdı.

Kseniyanın kolleksiyada istifadə etdiyi rəng palitrasını xüsusi vurğulamaq lazımdır. Kolleksiya parıltılı, diqqətçəkən rənglər üzərində qurulsa da, gözləri yormur. Boz, gavalı, şərab, zümrüd rəngləri, tünd göy və yasəmənin nəcib çalarları bir-biri ilə çox yaxşı təsir bağışlayırdılar.

Dizayner dəri geyimlərini trikotaj parçalarla uyğunlaşdırıb. Nəticədə çox cəsarətli, seksual və qadınsayağı kolleksiya alınıb.

Qeyd etmək lazımdır ki, bütün modellər podiuma rezonans doğuran taxma iri dodaqlarda çıxıblar. Bu taxma dodaqlar həm rəngləri, həm də dəridən olması ilə xüsusi diqqət çəkirdi.

Nümayişi başa çatdıran sonuncu geyim final nöqtəsi olub. Tünd bənövşəyi rəngli dəri mayo diqqət çəkib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm