Dəb
Fransız moda evinin kruiz kolleksiyası - FOTOLAR
Dəb həftələrindən sonra növbə kruiz kolleksiyalarına gəlib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Chanel” fransız moda evi kruiz kolleksiyalar mövsümünü açıb.
Publika.az xəbər verir ki, Karl Laqerfeld hər il kruiz kolleksiyasını nümayiş etdirmək üçün müxtəlif ölkələr seçir və ilham mənbəyini də həmin ölkələrdən alır. Bu dəfə Karl Laqerfeld yeni kolleksiyası üçün Seulu seçib.
“Chanel” moda evi dünən Seulun mərkəzində “Dongdaemun Design Plaza”da yeni kruiz kolleksiyasını təqdim edib. Kolleksiyadan görünən odur ki, Karl Laqerfeld ölkənin mədəni irsini və müasirliyini kruiz kolleksiyalarında birləşdirməyə çalışıb. Karl Lagerfeldin fikrincə, bu, “Chanel Cruise” 2015-in təqdimatı üçün çox uyğundur.
Kolleksiya parlaq və zərif alınıb: ağappaq şalvarlar və paltarlar, moda evinə xas jaketlər zərif boyalarla hazırlanıb. Həmçinin, paltarlarda hər zaman aktual olan tikmələr də iştirak edir. Kolleksiyanın bir hissəsi isə qurama üslubunda yaradılıb. Nəticə inanılmaz alınıb.
Aytən
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO