Şahzadə Corc uşaq dəbinin qanunvericisi seçildi - FOTOLAR
Bizi izləyin

Dəb

Şahzadə Corc uşaq dəbinin qanunvericisi seçildi - FOTOLAR

Böyük Britaniya sakinləri üçün hersoginya Keyt Middleton nümunəvi xanımdır. İngilislərin sevimli şahzadəsinin aldığı istənilən geyim, ayaqqabı və aksessuarlar bir anda populyar olur. Publika.az xəbər verir ki, bu halı İngiltərədə hətta "Keyt effekti" adlandırırlar. Belə görünür ki, onun bu xüsusiyyəti oğlu Corca keçib.

Belə ki, iki yaşlı Corc uşaq dəbinin qanunvericisi seçilib. Balaca iki il əvvəl dünyaya gəlib, lakin artıq moda sənayesinə təsir edə bilir.

Onlayn-mağazanın rəhbəri Daniel Silverfild bildirib ki, Corcun fotoları “Crocs”-da çıxandan sonra onların satışı amazon.co.uk-da 16 dəfə artıb.

Şahzadə Corc növbəti dəfə sübut etdi ki, insan istənilən yaşda moda ikonu adını ala bilər. Keytin körpə qızı Şarlotta böyüyəndən sonra necə geyindiyini özünüz təsəvvür edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm