Dizayn
İnteryerdə Skandinaviya tərzi - FOTOLAR
Skandinaviya dekorasiyasının bəsit və sadə dizaynlarına həyatımızın hər bir guşəsində üstünlük verilir. Publika.az-ın dizayn rubrikasında Skandinaviya tərzinin bir neçə detalını diqqətinizə çatdırır.
Əsasında sadəliyi və minimalist cizgiləri saxlayan stilin ana vətəni Danimarka, Norveç, İsveç və Finlandiyanı əhatə edən Skandinaviya ölkələridir. Sadə, amma funksional dekorasiyalar, güclü vizual effektlər, qonaqpərvər, rahat kreslolar, rəngarəng parlayan aksessuar və yastıqlar, mütaliə və dincəlmə guşələri, alətlər, buxarılar bu tərzin əsas detallarıdır. Atmosferi hər an canlı və hərəkətli göstərən obyektlərlə hazırlanmış sadə və qəşəng məkanlar hər bir xanımın ürəyinə yol tapır.
Ağın sehri
Skandinaviya stilinin ən əhəmiyyətli xüsusiyyəti - ağ divarların müşayiət etdiyi və yenə ağ rəngli əşyaların hakimiyyətdə olmasıdır. Ağ rəng Skandinaviya ölkələrinin bol qarlı soyuq hava şərtlərini xarakterizə edir, həm divarlarda, həm də əşyalarda ağ rəng ən çox üstünlük verilən rəngdir.
İsti taxta toxunuşlar
Taxta toxunuşlar Skandinaviya stilinin digər özəlliyidir. Məkanda istifadə edilən taxta detallar, jalüzlər, ağır mebellər, stul və kreslolar ağın sehri ilə qarışdırıb isti bir məkan yaradılmasına icazə verir.
Sadə amma əyləncəli
Sadə olduğu qədər əyləncəlidir. Rəngli xalça, bədii obyektlər, heyvan fiqurlu yastıqlar, gitara və piano kimi musiqi alətləri, əl işi adyallar da bu tərzə gözəllik bəxş edir. Rahat-rahat kreslolarda buxarı qarşısında səmimi dost söhbətləri üçün idealdır.
İşıq məkanlar
Skandinaviya tərzində işıqlandırma olduqca əhəmiyyətlidir. Dizaynda maraqlı lampalar və çılçıraqlar istifadə olunur. Məkanda müxtəlif tərzlərdə birdən çox işıqlandırma sistemləri istifadə edildiyinin şahidi ola bilərsiniz.
Publika.az bu tərzə aid nümunələri təqdim edir:
Aytən
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO