Cağatay Ulusoy Amerikada lüks villa üçün sərvət xərclədi - FOTO
Bizi izləyin

Dizayn

Cağatay Ulusoy Amerikada lüks villa üçün sərvət xərclədi - FOTO

Cağatay Ulusoy Los Ancelesdəki lüks evinin 4 aylıq kirayəsinə 580 min TL (təxminən 290 min manat) ödəyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 aydır aktyorluq və dil təhsili üçün ABŞ-a yollanan C.Ulusoy orada villa kirayələyib. Kino ulduzu qalacağı ev üçün sərvət xərcləyib.

Los Ancelesdə bir aylıq kirayəsi 35 min dollar (təxminən 70 min manat) olan iki mərtəbəli villa 3 otaq, 1 salon, geniş həyət və hovuzdan ibarətdir. O, evin 4 aylıq kirayə haqqını nağd ödəyib.

Hollivud ulduzu olmaq üçün böyük canfəşanlıq göstərən aktyor bir günlüyü 100 dollara (təxminən 170 manat) olan “Wrangler Rubicon” model avtomobil də kirayələyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm