Yeni SSRİ “İpək yolu”na qoşulur
Bizi izləyin

Dünya

Yeni SSRİ “İpək yolu”na qoşulur

Bu gün Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) beynəlxalq sammiti işinə başlayır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, sammit 10 iyula qədər davam edəcək.

ŞƏT-in sammitində təşkilatın genişlənilməsinin başlanmasının elan ediləcəyi gözlənilir. Təşkilata Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan isə təşkilatda müşahidəçi statusuna malikdir. 2014-cü ilin sentyabrında Pakistan və Hindistan ŞƏT-ə üzv olmaq üçün rəsmi sifariş veriblər.

Rusiya, Braziliya, Hindistan, Çin və CAR isə BRİKS-in üzvləridir. Beynəlxalq iqtisadi situasiyanın yaxşılaşdırılması və qarşılıqlı ticarət-investisiya əlaqələrinin genişləndirilməsi məsələləri BRİKS sammitinin əsas mövzusu olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, BRİKS liderləri həmçinin aktual beynəlxalq problemləri, o cümlədən İŞİD-in terror təhlükəsi, Suriya, Ukrayna, Yaxın Şərq və İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Prezidentin köməkçisi qeyd edib ki, ŞƏT-in sammitində Hindistan və Pakistanın üzvlüyü prosedurunun başlanması haqqında qərarın qəbul edilməsi gözlənilir.

Sammitdə həmçinin Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderlərinin qeyri-formal görüş planlaşdırılıb. Uşakov əlavə edib ki, qeyri-formal müzakirələrin əsas mövzusu Avrasiya İqtisadi İttifaqının “İpək yolu” layihəsində qoşulması ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm