Dünya
Koalisiya olmasa, nə olacaq? - Türkiyəni gözləyən 4 ssenari
Türkiyədə koalisiya hökumətinin qurulması imkanları getdikcə azalır və kulislərdə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı daha yüksək qiymətləndirilir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, növbədənkənar seçkilər üçün münasib vaxtın 2016-cı il mart ayı olduğu deyilsə də, 2015-ci ilin noyabr ayının daha doğru variant olduğunu düşünənlər də var.
Türkiyə 15-16 noyabr tarixlərində G-20 sammitinə ev sahibliyi edəcəyi üçün Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərin 8 və ya 22 noyabrda keçirilməsini təklif edir.
Hazırda kulislərdə noyabr ayı üçün 4 ssenaridən danışılır:
Müvəqqəti hökumət: Bütün partiyaların qazandığı səs nisbətinə görə təmsil edildiyi “müvəqqəti seçki hökuməti”ni heç bir partiya qəbul etmir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) bu hökumətdə Xalqların Demokratik Partiyası (HDP) ilə birlikdə təmsil olunmaq istəməməsi “müvəqqəti seçki hökuməti”nin qurulma imkanlarını da heçə endirir. AKP də məhz bu faktora güvənərək azlıq hökuməti ilə seçkiyə getmək istəyir. MHP-nin isə HDP-nin hökumətdə yer almaması üçün AKP ilə əməkdaşlığına gedə biləcəyi istisna edilmir.
“Qaçan” millət vəkilləri. AKP 7 iyun seçkilərində 20-yə qədər vilayətdə 20 millət vəkili itirib. Bu itkini qaytarmaq, eyni zamanda ondan küsən kürdləri yenidən qazanmaq istəyən AKP bununla da növbədənkənar seçkilərdə təkbaşına koalisiya üçün lazım olan 276 mandat qazanmağı planlaşdırır.
AKP-Səadət Partiyası ittifaqı: AKP-nin 276 mandat əldə etməsi üçün ən az 45 faiz səs qazanmasının lazım olduğu deyilir. Deyilənə görə, işinin şansa buraxmaq istəməyən AKP Səadət Partiyası ilə seçki bloku yarada bilər.
Cümhuriyyət Xalq Partiyası (CHP)-HDP ittifaqı: Növbədənkənar seçkiləri bir fürsət kimi qiymətləndirən müxalifətin də bəzi planlarının olduğu bildirilir. Deyilənə görə, MHP heç bir partiya ilə seçki bloku yaratmağı düşünmür. Amma belə bir blok CHP və HDP arasında yaradıla bilər.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR