Ankaraya şok: Almaniya Türkiyəni Əsədin raketləri qarşısında müdafiəsiz qoydu
Bizi izləyin

Dünya

Ankaraya şok: Almaniya Türkiyəni Əsədin raketləri qarşısında müdafiəsiz qoydu

Almaniyanın “Behörden Spiegel” jurnalı Türkiyə üçün şok bir iddia irəli sürüb.

Publika.az xəbər verir ki, jurnal Suriya sərhədində yerləşdirilən Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinə haker hücumu olduğunu yazıb.

Bu isə mümkün hava hücumu zamanı Türkiyənin müdafiəsiz qalacağı anlamına gəlir. 2013-cü ildən bu yana Kahramanmaraşda yerləşdirilən və Almaniya ordusuna aid olan “Patriot”lar altı atəş qurğusu və iki radardan ibarətdir.

Almaniya mediasında çıxan iddialarla bağlı xəbərləri “Der Welt” qəzetinə şərh edən ölkənin Müdafiə Nazirliyinin sözçüsü xəbərləri təkzib edərək “Patriot” sisteminə haker hücumu olduğuna dair bir məlumatın olmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm