22 nəfər attraksionda 40 metr hündürlükdə qaldı
Bizi izləyin

Dünya

22 nəfər attraksionda 40 metr hündürlükdə qaldı

İspaniyada attraksiona minən 22 nəfər 40 metr hündürlükdə ilişib qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, insident Barakaldo şəhərində baş verib.

Yanğınsöndürənlər siyirtmə yanğın nərdivanı vasitəsi ilə attraksionda qalan park ziyarətçilərini bir-bir aşağı endiriblər.

Atrraksionda qəza enişi sisteminin işləmədiyi bildirilir. İlkin məlumatlara görə, attraksion sahibinin bütün sənədləri qaydasında olub. Qəzaya qurğunun mexaniki hissələrindən birinin işləməməsinin səbəb ola biləcəyi ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm