1 nömrəli narkobaron həbsxanadan qaçdı - FOTO
Bizi izləyin

Dünya

1 nömrəli narkobaron həbsxanadan qaçdı - FOTO

Yalnız Meksikanın deyil, dünyanın ən güclü narkobaronlarından olan Xoakin Qusman həbsxanadan qaçıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu, “El Çapo” ləqəbli Qusmanın Meksikanın ən təhlükəsiz həbsxanası olan sərt rejimli Altıplano həbsxanasından ikinci qaçışıdır.

2014-cü ilin əvvəlində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadalarının keçirdiyi əməliyyatla həbs olunan “El Çapo” ilk dəfə ciddi rejimli həbsxanadan 2001-ci ildə nəzarətçilərin köməyi ilə qaçmışdı. Qusman gözəllik kraliçası, əkizlərinin anası olan həyat yoldaşı Emma Koronellə səhər yeməyi hazırlayarkən edilən basqınla ələ keçirilmişdi. O, 1993-cü ildə həbs olunmuşdu.

Narkobaronun paytaxt Mexikonun 90 kilometr məsafəsində yerləşən həbsxanadan qaçışı şənbə günü axşam 21:30 radələrində baş tutub. Onun yaxalanması üçün bütün şoselər mühasirəyə alınıb, Toluka hava limanında uçuşlar dayandırılıb.

Amerikalı səlahiyyətlilər “tutulan ən böyük balıq” adlandırılan Qusmanın Meksikadakı istənilən həbsxanadan yenidən qaçma riski olduğu üçün onun ABŞ-a verilməsini istəmişdi. Lakin Mexiko Qusmanın daha əvvəl aldığı 24 illik həbs cəzasını məhz Meksikada çəkməsinin lazım olduğuu bildirməklə bu istəyi rədd etmişdi.

“Forbes”in hazırladığı “dünyanın ən güclü insanları” siyahısında da yer alan Qusmanın sərvətinin 1 milyard dollar olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm