6 fəhlə 20 metr hündürlükdən yıxıldı, 3-ü öldü
Bizi izləyin

Dünya

6 fəhlə 20 metr hündürlükdən yıxıldı, 3-ü öldü

Qazaxıstanın paytaxtı Astana şəhərində Turan prospektində inşa edilən Buz sarayında faciə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Buz sarayının tikintisində iştirak edən 6 fəhlə 20 metr hündürlükdən yıxılıb. Bədbəxt hadisə nəticəsində fəhlələrdən üçü yerindəcə həlak olub, digər üç nəfər isə yaralanıb.

O da qeyd olunur ki, işçilər əcnəbi vətəndaşlar olub. Şəxsiyyətləri hələlik məlum olmasa da, onların Kosovodan gəldiyi bildirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm