"Spartalı döyüşçülər" Pekin sakinlərini qorxutdu
Bizi izləyin

Dünya

"Spartalı döyüşçülər" Pekin sakinlərini qorxutdu

Çinin paytaxtı Pekində polis əməkdaşları məzəli flaşmobun onlarla əcnəbi iştirakçısını saxlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “300 spartalı” filmindən ilhamlanan əcnəbilər Sparta döyüşçülərinin paltarını geyiniblər.

Məlumata görə, restoranların birində işə götürülən əcnəbilər yemək qutularını reklam ediblər. Lakin onların üstündə qılınc və qalxan olmayıb.

Bildirilir ki, Pekinin küçələrində “spartalılar”ın peyda olmasından qorxan sakinlər polisə müraciət ediblər. Hadisə yerinə gələn polislər flaşmobun iştirakçılarını saxlamağa başlayıb. “Spartalılar”ın bəziləri polisə müqavimət göstərsələr də, ancaq pərəstişkarlarının tarixi yolunu təkrarlamaq onlara müəssər olmayıb.

Qeyd edək ki, restoranın təşkil etdiyi aksiya yerli hakimiyyətlə razılaşdırılmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm