Dövlət Duması Krımın Rusiyaya birləşməsinə baxacaq
Bizi izləyin

Dünya

Dövlət Duması Krımın Rusiyaya birləşməsinə baxacaq

Dövlət Duması Krımın Rusiyaya birləşməsinə məsələsinə baxacaq

Rusiya Dövlət Duması 21 Martda Krımın Rusiya Federasiyasına birləşməsi haqqında məsələyə baxacaq.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Vahid Rusiya” Partiyasından olan deputat Vyaçeslav Nikonov bildirib.

Qeyd edək ki, 6 Mart tarixində Ukraynanın Krım Muxtar Respublikasının parlamenti Rusiya Federasiyasının tərkibinə qatılmaq haqda qərar çıxarıb. Elə həmin gün 30 Martda keçirilməsi planlaşdırılan referdum iki həftə irəli çəkilərək 16 Mart tarixinə təyin edilib.

Ukraynanın yeni hakimiyyəti isə Krımda referendumun keçirilməsinin Ukrayna Konstitusiyasına zidd olduğunu bildirir. ABŞ başda olmaqla Qərb dünyası da referendumun nəticələrini tanımayacağını bəyan edib. Krım hakimiyyəti muxtar respublikanın gələcək statutusunu müəyyənləşdirəcək referendum hazırlıqlarının 14 Martda tamamlanacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm