“Cihadçı Con” İŞİD-dən Afrikaya qaçıb - İDDİA
Bizi izləyin

Dünya

“Cihadçı Con” İŞİD-dən Afrikaya qaçıb - İDDİA

Əsl adı Abdülmacid Əbdülbari, dünyanın isə “Cihadçı Con” olaraq tanıdığı İŞİD üzvü bir neçə həftə əvvəl Şimali Afrikaya qaçıb.

Publika.az İngiltərənin “Murror” nəşrinə istinadən xəbər verir ki, amerikalı və ingilis girovları edam edən “Cihadçı Con” deşifrə olduqdan sonra həyatına təhlükə olduğu üçün İŞİD-in düşərgələrini tərk edib.

Nəşrin yazdığına görə, deşifrə olduğu üçünAbdülmacid Əbdülbari İŞİD üçün də dəyərini itib. Həm İŞİD, həm də İngiltərənin xüsusi xidmət orqanlarının Əbdülbarini ələ keçirmək istədiyi bildirilir.

Qeyd edək ki, iki il əvvəl İŞİD-ə qatılan ingilis repçi Abdülmacid Əbdülbarinin təşkilatdan ayrıldığı barədə xəbərlər bu ayın əvvəllərində yayılıb. İngiltərənin “Independent” qəzeti İŞİD-in Tel-Abyadı itirdiyi vaxtda Abdülbarinin qaçqın geyimində Türkiyəyə daxil olduğunu yazıb. Lakin bu xəbərlər sonradan öz təsdiqini tapmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm