Qadın qatillərinə rekord cəza
Bizi izləyin

Dünya

Qadın qatillərinə rekord cəza

Meksikanın Çiuaua ştat məhkəməsi beş qatilə 697 il iş kəsib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2009-2010-cu illərdə baş verib. Öldürülən qadınların qalıqları isə 2012-ci ildə aşkar edilib. Çiuaua ştat prokurorun sözlərinə görə, qrup üzvləri gənc qadınları tovlayaraq fahişəliyə cəlb edib. Qadınlar “yararsız” vəziyyətə düşəndə onları öldürüb cəsədlərini gizlədiblər.

Azadlıqdan məhrum edilməklə yanaşı qatillər mənəvi ziyan müqabilində qurbanların ailəsinə 9 milyon peso (550 min dollar) ödəməlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm