Dünya
Türkiyə havaya 30 F-16 qaldırdı: 260 PKK-çı məhv edildi
Türkiyə Silahlı Qüvvələri dünən Şimali İraqda PKK hədəflərinə ağır zərbə endirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 30 F-16 təyyarəsinin qatıldığı əməliyyatda 65-dən çox hədəf məhv edilib.
“Şəhid onbaşı Hamza Yıldırım” adı verilən əməliyyatda vurulan hədəflər arasında yeraltı və yerüstü sığınacaqlar, yeraltı sursat anbarları və ərzaq anbarları var.
Bundan başqa, iki gün əvvəl həyata keçirilən əməliyyata bağlı detallar da ortaya çıxıb. “Şəhid leytenant İbrahim Tanrıverdi" adını daşıyan əməliyyatda ölkə daxilində və xaricdə terror təşkilatına aid 100-dən çox hədəfə 80 təyyarə ilə zərbələr endirilib. Əməliyyatda 39 yeraltı və yerüstü sığınacaq, 15 mağara, 2 yeraltı sursat anbarı və çoxlu sayda hərbi istehkam məhv edilib.
Terror təşkilatına qarşı bu günə qədər həyata keçirilən əməliyyatlarda 260 terrorçu məhv edilib. Aralarında Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaşın da olduğu 400-ə qədər terrorçu yaralanıb.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR