Dünya
ABŞ Suriyada fiaskoya uğradı: İŞİD-ə bir güllə atmadan darmadağın oldular
İŞİD terror təşkilatına qarşı vuruşmaq üçün Türkiyədə ABŞ tərəfindən öyrədilərək silahlandırılan ilk qrup böyük müvəffəqiyyətsizliyə uğrayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, suriyalı müxaliflərdən təşkil olunan qrup Suriyada bir güllə atmadan darmadağın olub.
İyunun 12-də Suriyaya daxil olan və 30-cu diviziya adlanan 54 nəfərlik qrupun İŞİD-ə bir güllə belə atmağa fürsəti olmayıb. Qrupun təxminən yarısı “Əl-Qaidə”nin davamı olan “Əl-Nüsra” Cəbhəsinə əsir düşüb. Digərləri ya öldürülüb, ya da qaçıb. Sağ xilas olanlar isə Hələbdə PYD-nin (PKK-nın Suriya qolu) nəzarətindəki Afrin bölgəsinə sığınıb.
Qeyd edək ki, “təlim-təchiz” proqramı hələlik yalnız Türkiyə və İordaniyada həyata keçirilir. Proqramın yaxın vaxtlarda Səudiyyə Ərəbistanında da həyata keçirlməsi planlaşdırılır.
“Əl-Nüsra” Cəbhəsi əsir götürülən diviziya üzvləri ilə bağlı görüntüləri dərc edib. Əsir götürülənlərdən biri Türkiyədə təlim aldığını, onlara “M16” hücum silahları və nağd pul verildiyini söyləyib. “Əl-Nüsra” Cəbhəsinin üzü maskalı üzvü isə 30-cu diviziyanın üzvlərinin tutulması ilə Amerikanın Suriyadakı əlini kəsdiklərini söyləyib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR