Dünya
Suruçdakı İŞİD terrorunda ingilis kəşfiyyatının izi
Türkiyənin “Yenişafak” qəzetinin yazarı Bülənt Orakoğlu Suruçda törədilən terror aktını törədən kamikadzenin əlaqələrinə diqqət çəkib.
Publika.az xəbər verir ki, 31 nəfərin ölümünə səbəb olan hücumun arxasında ingilis kəşfiyyatının olduğu iddia edilib.
Orakoğlunun yazıdğına görə, Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkr mitinqində terror aktı törədən Orhan Gönder hücumdan bir gün sonra Qaziantepdə təhlükəsizlik gücləri tərəfindən tutulub. Orhan Gönder 2014-cü ilin oktyabr ayında Suriyada İŞİD-ə qatıldığını, təşkilata aid düşərgələrdə təlim aldığını etiraf edib. O, mitinqdə terror aktını törətmə əmrini İŞİD-in düşərgələrində bomba təlimi verən İlhan Bindən aldığını deyib.
İlhan Bin eyni zamanda fevral ayında İngiltərə ilə Türkiyə arasında qalmaqal yaradan 3 azyaşlı ingilis qızın Türkiyə üzərindən Suriyaya aparılaraq İŞİD-ə təslim edilməsinin təşkilatçısı olub. Bu, Kanada agenti olan Suriya vətəndaşı Məhəmməd Əl-Raşitin Şanlıurfada tutulmasından sonra məlum olmuşdu. Kanada agentinin birbaşa olaraq ingilis kəşfiyyatı ilə əlaqəli olduğu kompüterində ələ keçirilən sənəd və fotoşəkillərdən aydın olub.
Diqqətçəkən daha bir məqam isə odur ki, Qərbdən gələn xarici döyüşçülərin Türkiyə üzərindən Suriyaya keçirilərək İŞİD-ın sıralarında iştirakı ABŞ, Böyük Britanya, Yeni Zelandiya, Kanada, və Avstraliyada qurulan təşkilatlar tərəfindən təmin edilir. Bu ölkələrdə isə ingilis kəşfiyyatının böyük təsirinin olduğu şübhəsizdir.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR