Azərbaycanlı millət vəkilindən şok İŞİD proqnozları
Bizi izləyin

Dünya

Azərbaycanlı millət vəkilindən şok İŞİD proqnozları

Türkiyə parlamentinin əslən azərbaycanlı millət vəkili Sinan Oğan İŞİD-in yeni planları barədə şok proqnozlar söyləyib.

Publika.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili İŞİD-in Türkiyəyə yenidən hücum edə biləcəyini deyib.

Onun sözlərinə görə, İncirlik bazasının ABŞ üçün açılması İŞİD-in Türkiyəyə hücumunun əsas səbəbi ola bilər.

“PKK Türkiyədə hərbçiyə və polisə güllə atan bir terror təşkilatıdır, amma İŞİD-in kamikadze ehtiyatı çox böyükdür. Onların sayını yüzlərlə ifadə etmək mümkündür. Bunlar bir-birindən müstəqil və birbaşa Suriya və İraqdan gələn təlimatlarla hərəkətə keçə biləcək hüceyrələrdir. Hətta aralarında açdıqları internet saytları ilə “İŞİD-in nümayəndəsi bizik” deyə bir-birləri ilə rəqabət aparanlar da var”, - Sinan Oğan deyib.

Onun sözlərinə görə, İŞİD təbliğat məqsədi ilə özü üçün saqqallı, qara geyimli, idman ayaqqabılı və əlində “Kalaşnikov” silahı ilə bir imic yaratsa da, terror təşkilatının sıralarında döyüşən hər kəs barədə bunu demək mümkün deyil. Millət vəkili bir çoxunun saqqalsız insanlar olduğunu bildirib.

Sinan Oğan qeyd edib ki, İŞİD və YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) sıralarında döyüşənlərin əhəmiyyətli bir hissəsinin Türkiyə vətəndaşı olan kürdlər olması təhlükəni artırır: “Əsəd rejiminə qarşı döyüşən digər qrupların içində də Türkiyə vətəndaşları var. Əsl təhlükə də budur. Çünki onlar döyüşü sabah Türkiyəyə daşıya bilərlər. Turkiyə Silahlı Qüvvələrinin əməliyyatları və İncirlik bazasının koalisiya güclərinin istifadəsinə açılması səbəbi ilə Türkiyəyə qarşı hücumlar ola bilər. Amma İŞİD üçün əsas zərbə bazaların açılmasından daha çox sərhədlərimizin İŞİD-in qaçaqmalçılığı üçün tamamilə bağlanmasıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm