Başını bağlayıb İranı yola gətirən avropalı qadınlar - FOTO
Bizi izləyin

Dünya

Başını bağlayıb İranı yola gətirən avropalı qadınlar - FOTO

Prezident Barak Obama Konqresin İranla bağlanmış nüvə sazişini ratifikasiya etməsinə səylər göstərir. Lakin tarixi sazişin özü bu prosesdə misli görünməmiş sayda qadın diplomatın iştirakilə ərsəyə gəlib. Hər hansı bir saziş əldə olunanda, tərəflər qəbul edilmiş standarta uyğun olaraq bir-birlərinin əlini sıxırlar.

Publika.az BBC-yə istinadən xəbər verir ki, amma iyulun 14-də Avstriyanın Vyana şəhərində İran və P5+1 qrupu arasında tarixi saziş imzalananda İran danışıqçıları qadın həmkarlarının əlini sıxa bilmədilər. Ölkənin sərt şəriət qanunları buna yol vermirdi.

Halbuki, ikisi avropalı və biri amerikalı olmaqla üç qərbli qadın İranın nüvə proqramını cilovlayacaq sazişin əldə edilməsində müstəsna rol oynamışdılar.

Danışıqların siyasi tərəfində Avropa İttifaqının baş diplomatı və İtaliyanın keçmiş xarici işlər naziri Federika Mogerini aparıcı rol oynayırdı.

O, bu postda 2014-cü ildən bəri baronessa Ketrin Eştonu əvəzləyib. Elə Baronessanın özü də İranla yaxşı münasibətlərin qurulmasında əsas rollardan birini oynayıb.

Xarici işlər komissarı kimi fəaliyyətinin əvvəllərində xanım Mogerini çox tənqidlərlə üzləşirdi. Çoxları deyirdilər ki, o bu vəzifə üçün hələ çox gənc və təcrübəsizdir.

Lakin həlledici anda Mogerini sərt danışıqçı reputasiyasını qazana bildi.

Onunla yanaşı bu prosesdə müavini Helga Şmid də vardı. Hədsiz geniş texniki biliyə malik bu qadını həmkarları danışıqların “dayağı” və “manqa başçısı” adlandırırdılar.

Qərb diplomatları deyirlər ki, sonunda, saziş və onun 5 əlavəsinə dair danışıqalrı aparan elə xanım Şmid olub.

Şmid, xanım Mogerinidən fərqli olaraq diplomatiya aləmində tanınırdı və İranla danışqıların 5 illik təcrübəsinə malik idi.

Amerikalılar üçün nəzərdə tutulmuş masada ölkə xarici işlər nazirinin ilk qadın müavini və nüvə danışqıları veteranı Vendy Şerman da əyləşmişdi.

O, Klintion administrasiyasının Şimali Koreya nüvə siyasətinin memarlarından biri olmuş və 2011-ci ildən bəri İranla danışıqlarda ABŞ komandasına rəhbərlik etmişdi.

İranla danışıqlarda birdən-birə üç qadının iştirak etməsi misli görünməmiş hadisə idi.

"Həttə Avropa İttifaqının özündə də belə hallar tez-tez baş vermir ki, masa arxasında kişilərdən çox qadınlar olsun” – Mogherini BBC-yə deyib.

"Bu yeni bir vəziyyət idi, amma mənim şəxsi təəssüratım belədir ki, bunun işə xeyri dəydi”.

O deyib ki, bəzən kişilər ümumi kursdan çıxıb tarixi xırdalıqlara varanda və ya onlar kimin prosesə daha çox töhfə verdiyi barədə mübahisəyə girişəndə, qadınlar onları çəkib bugünün reallığına qaytarırdılar.

"Masa arxasında mühüm mövqelərdə bu qədər qadının olması, bizə ümumilikdə konkret və praqmatik olmağa yardım göstərdi” – xarici işlər komissarı əlavə edib.

Lakin İran Respublikasında qadınlarla kişilər arasında təmasları tənzimləyən sərt qaydalar var. Bu qaydaya hansı ölkədə olmalarından asılı olmayaraq bütün diplomatlar da əməl etməlidirlər.

"Biz əl tuta, heç bir-birimizə toxuna da bilməzdik” – Şerman vurğulayıb.

Lakin belə adətlərlə o yaxşı tanış idi.

"Mən Baltimorda, böyük mömin yəhudi icmasının yaşadığı yerdə böyümüşəm. Oralarda da belə adətlər var. Lakin biz əl tutmadan da bir birimizi başa düşürdük və o dərəcədə başa düşürdük ki, sonunda razılaşma əldə edə bildik”, - Sherman əlavə edib. .

O deyir ki, qadınlığı onun danışıqlar otağındakı fəaliyyətinə əngəl yaratmırdı.

"Mən iranlılarla qarşı-qarşıya oturanda Amerika Birləşmiş Ştatları idim və bir qadın kimi dediklərimin bəziləri kifayət qədər sərt alınmaya bilərdi. Lakin mən həqiqətən də sərt mövqe tutanda bunun böyük təsir gücü olurdu, çünki bu tamamilə gözlənilməz şəkildə ortaya çıxırdı”.

Bir il müddətində o, iranlı həmkarlarını yaxşıca tanıya bilmişdi. Onlar hətta öz ailə videolarını və məzəli əhvalatları paylaşırdılar.

Xanım Mogerini deyib ki, o inamsızlıq barədə söz-söhbəti öz doğma regionundan da eşidirmiş.

"Qərb və ya Avropa ictimaiyyətinin bir hissəsi qadınların daha böyük və mötəbər rol oynaya biləcyinə şübhə ilə yanaşırdı” – Mogerini qeyd edib.

"Bu fakt ondan xəbər verir ki, hələlik biz hətta öz cəmiyyətlərimizdə qadınların kişilər qədər və hətta bəzən daha artıq etibarlı baş danışıqçılar ola biləcəyi və ya ən yüksək siyasi vəzifələri tuta biləcəyi barədə fikirlərin təsdiqinə çalışmalı oluruq”.

Qadın liderliyinin yüksəlişinə baxmayaraq, bəzi danışıq komandalarında, qadınlar ümumiyyətlıə olmayıb. Sherman deyir ki, o hətta buna görə həmkarlarına sataşarmış da.

"Bəzi danışıq komandaları yalnız kişilərdən ibarət idi. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək” – deyib Sherman.

Təfərrüatlar barədə daha çox suallar veriləndə də, o, diplomatlığına sadiq qalıb: "Onlar kim olduqlarını bilirdilər, eşitdiklərini eşitmişdilər və bilirdilər ki, mövqelərini dəyişməli olacaqlar”.

İndi isə bütün söz-söhbət sazişin necə və nə zaman icra olunacağı barədədir. Bu proses xanımlar Mogerini və Şmidin Tehrana səbirsizliklə gözlənilən səfəri ilə başlanıb.

Bu sazişin əldə edilməsində qadınlar müstəsna rol oynayıblar. İndi isə onlardan sazişin bəhrələnməsinə verəcəkləri töhfəni gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm