PKK AKP-yə hücum edib - VİDEO
Bizi izləyin

Dünya

PKK AKP-yə hücum edib - VİDEO

Terrorçuların növbəti hədəfi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda yerləşən binası olub. Silahlı hücum zamanı itki qeydə alınmasa da, amma insanların təşvişi hər gün bir az da artır.

ANS TV- nin məlumatına görə, hücum zamanı binanı mühafizə edən özəl təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb. 31 yaşlı mühafizəçi təcili tibbi yardım maşını ilə Okmeydanı Təhsil və Tədqiqat Xəstəxanasına yerləşdirilib.

Silahlı insindentin ardından hadisə yerinə xüsusi təyinatlı dəstələr, polis qüvvələri, zirehli texnika səfərbər olunub.

Atəşin açıldığı yerdə müstəntiqlər güllə gilizlərini araşdırıb, şahidlər dindirilib. Təhlükəsizlik qüvvələri aradan çıxmış silahlıların ələ keçirilməsi üçün yaxın çevrədə genişmiqyaslı əməliyyata başlayıb.

Bu arada AKP binasına edilən silahlı hücumun ardından da eyni küçədə şübhəli paket vətəndaşların həyəcanına səbəb olub.

Paketdə partlayıcı qurğunun olması ehtimalı ilə polis paketin olduğu çevrədən insanları uzaqlaşdırıb, təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra paket istehkamçılar tərəfindən partladılıb.

Sonradan paketin boş olduğu müəyyənləşib.

Mardin vilayətinin Midyat rayonunda isə məişət zəminli dava çağırışına gedən polis gözlənilmədən pusquya düşüb.

Cumhuriyyət bulvarına gələn polis maşınına terrorçular avtomat silahlardan atəş açıb. Hücumda ağır yaralanan polis zabitlər Midyat Dövlət Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, ağır yaralanan polislərdən biri şəhid olub. Polis maşınını pusquya salan terrorçuların yaxalanması üçün bölgədə təhlükəsizlik qüvvələri ayağa qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm