Dünya
Dərbəndə azərbaycanlı mer seçildi
Dərbənd şəhərinin meri İmam Yaraliyevin istefa verməsi ilə əlaqədar bu vəzifəni şəhər
administrasiyasının rəhbəri Azadi Rəhimov icra
edəcək.
Bu haqda Dərbənd şəhər administrasiyasının mətbuat xidməti xəbər
verib.
Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə
milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib. Fevralın
15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi
Rəhimov Dağıstanın 1958-ci ildə Tabarsan rayonunun Darvaq kəndində
anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub.
2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.
Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. Daha əvvəl
İmam Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı
vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu
il yanvarın ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq
məsələsinə aid sənədlərlə bağlı olub.
Dərbənd şəhərinin meri İmam Yaraliyev haqqında Rusiya Cinayət
Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma)
cinayət işi açılıb. İddia olunur ki, 2010-cu ildən mer vəzifəsini
icra edən İ.Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500
kv.m. torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə
keçirmək istəyib.
Dərbənd meriyasının dövlətə 36 milyon rubl həcmində ziyan vurması
ilə bağlı materiallar bu ay Dağıstanın hüquq-mühafizə orqanları
tərəfindən prokurorluğa təqdim olunub.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR