Dünya
Keçmiş kəşfiyyatçıdan Ermənistanda əməliyyat anonsu
Ermənistana qaçan Gülən camaatına bağlı keçmiş
prokurorların həbs olunması ilə bağlı Türkiyə Milli İstihbarat
Təşkilatının (MİT) rəhbəri Hakan Fidana şok müraciət
olunub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir
ki, təqaüdə çıxmış keçmiş kəşfiyyatçı Ergin Geldikaya “facebook”
səhifəsindən H. Fidandan “Zəkəriyyə Özü tutmaq üçün icazə
istəyib.
“MİT rəhbəri Hakan Fidana açıq müraciət.
Eşitdim ki, Zekoş deyilən prokuror Gürcüstana qaçıb. İndi siz rəsmi
vəzifədə olduğunuz üçün qaçan prokurorları ölkəyə gətirə
bilməzsiniz. Ədalətə kömək etmək üçün mən onları tapıb gətirə
bilərəm. İşlər qarışsa, “tanımırıq, bilmirik, bizim üzvümüz
deyildir, heç vaxt da olmadı. Bizim kəşfiyyat məlumatlarımıza görə
əmrimizdə olmayacaq qədər qürurlu bir vətənsevərdir” deyərsiniz.
Telefonum və ev adresim sizdə var. Ergin Geldikaya...”
E. Geldikaya “poyrazköy” əməliyyatı zamanı həbs olunub. Daha sonra
azadlığa çıxan Geldikaya təqaüdə yollanıb.
Qeyd edək ki, Gülən camaatına bağlı məşhur prokurorlar Zəkəriyyə Öz
və Cəlal Karanın istintaqa cəlb olunmamaq üçün Gürcüstan üzərindən
Ermənistana qaçdığı deyilir. Ermənistanın Milli Təhlükəsizlik
Nazirliyi isə bu gün adıçəkilən şəxslərin onların ölkələrinə daxil
olmadığını açıqlayıb.
Daha bir iddiaya görə adıçəkilən şəxslər Ukraynaya qaçıblar. Belə
ki, 6 illik həbsə məhkum edildiyi üçün Gürcüstana qaçan Metro
Holdinq idarə Heyətinin rəhbəri Qalib Öztürk “Twitter” hesabında
“Zəkəriyyə Öz və Cəlal Kara səhər saat 05:00 uçuşu ilə Tiflisə,
oradan isə Kiyevə qaçıblar” deyə yazıb.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR